“Hökumət inflyasiya ilə mübarizə aparır. İnflyasiya ilə ən yaxşı mübarizə bolluq yaratmaqdır”.
Nazirlik dərmanların 2-3 dəfə bahalaşmasına - MÜNASİBƏT BİLDİRİB
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib.
“Demirəm ki, maşın, gəmi istehsal edək. Ərzaq və kənd təsərrüfatı mallarının istehsalı sürətlə artırılmalıdır. Biz gərək nəzərə alaq ki, bolluq yaratmaq üçün mikro, orta, kiçik bizneslə bağlı bütün problemləri həll etməliyik. Gərək kiçik və mikro biznesə xüsusi şərait yaradaq. Məsələn, 3 illik vergi tətilləri etmək, kommunal xərcləri 50%, ümumiyyətlə, vergini azaltmaq olar. Yetər ki, bölgələrdə müəssisələr yaransın. Bizi kənd təsərrüfatı inkişafının bugünkü səviyyəsi qane etmir. Bizə kənd təsərrüfat məhsullarının istehsalını sürətlə artırmaq lazımdır”, - deyə deputat vurğulayıb.
Dərmanlarla əlaqədar məsələyə toxunan Rüfət Quliyev Türkiyə şirkətlərinin Azərbaycana dəvət edilməsini tövsiyə edib:
“Türkiyə səhiyyəsi problemini həll etmək üzrə dünyada birinci onluqdadır. Oradakı şirkətləri bura dəvət edək, gəlib filial açsınlar. Dərmanlarla bağlı böyük problemlər var. Yeni problem “Aspirin Kardio” və “Aspirin”lə bağlıdır. Artıq bir aydır bu dərmanlar satışda yoxdur”. (Apa)