“Bu gün Azərbaycanda dərmanlar hədsiz dərəcədə bahadır”.
Eləcə də bax: Yodun qiyməti kəskin bahalaşıb - FOTO
FED.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı gənclər və idman, əmək və sosial siyasət, aqrar siyasət, regional məsələlər və təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, apteklərdə hətta ucuz dərmanlarının qıtlığı yaşanır. Deputat dərmanların idxal rüsumun və ƏDV-nin azaldılmasını, eləcə də işsizliyə görə verilən müavinətin artırılmasını təklif edib: “Bir çox ölkələrdə bu minimum əmək haqqının 70-80%-i götürülür. Bu məsələyə də baxılsa, daha yaxşı olar”. (Report)