Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta bal istehsalçısı aşkar edib.
Eləcə də bax: Bakıda məşhur kafe - Qaydaları Pozub
FED.az xəbər verir ki, saxta bal barədə məlumatı Agentliyin 1003 - Çağrı Mərkəzinə vətəndaşlar xəbər veriblər.
Bu müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, M. Ə. Sabir küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Arif Oruc oğluna məxsus evdə “Daşkəsən balı” əmtəə nişanı adı altında saxta bal məhsulunun qablaşdırılması müəyyən olunub.
Agentliyin əməkdaşlarının baxışı zamanı bal məhsullarının sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadan yaşayış evinin həyətində qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb.
Qablaşdırılan bal məhsulundan nümunələr götürülərək laborator analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
«Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahəsinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir»-deyə agentliyin məlumatında bildirilir.