"Hər il icbari tibbi sığorta üzrə xidmətlər zərfinin yenilənməsi işlər aparırıq. Hazırda bu işləri yekunlaşdıraraq, aidiyyəti üzrə təqdim etmişik və təsdiqlənəcək".
FED.az xəbər verir ki, bunu ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Tibbi İddialar Departamentinin rəhbəri Vüqar Qurbanov isə qeyd edib ki, 2021-ci il üçün icbari tibbi sığortanın xidmətlər zərfinə 2800-dən çox xidmət daxildir: "Bu, yalnız tibbi xidmətlərlə bağlıdır. Bura digər müalicə növləri daxil edildikdə, bu say 3000-dən çox olacaq. Xidmətlər zərfinə kardioloji və neyrocərrahi xidmətlər daxil edilib,bura qapalı və açıq ürək əməliyyatları da daxildir". (Apa)