Azərbaycan Respublikasında 140 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
Operativ Qərargahdan FED.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 2607 nəfər müalicə olunaraq sağalmış, 49 nəfər vəfat etmiş, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270.739 test aparılıb.