Tarif Şurasının iyunun 29-da qəbul etdiyi qərarla dövlət qeydiyyatına alınmış və satış qiymətinin yuxarı həddi müəyyənləşdirilmiş dərmanların siyahısına may ayından sonra daha 115, son 1 ildə isə 717 dərman vəsaitinin adı daxil edilib.
Azərbaycanda tibbi maska istehsalı - 86% ARTIB- ANBARLARDA 6 MİLYON ƏDƏD MASKA YIĞILIB
FED.az xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılmışdır. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.