Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2021-ci ilin sentyabr ayı ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 10 milyon manata yaxın, qeyri-tibb işçilərinə isə 1.1 milyon manatdan çox müddətli əlavə ödənilib.
Eləcə də bax: COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin - MÜDDƏTİ ARTIRILIB
Agentlikdən FED.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin sentyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 6341.30 manat məbləğində müddətli əlavə ödənilib.
Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, sentyabr ayı üzrə 1250 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
Aylar |
Dövlət tibb müəssisələri üzrə |
Özəl tibb müəssisələri üzrə |
Könüllülər üzrə |
Cəmi |
|
Tibb işçiləri |
Qeyri-tibb işçiləri |
||||
Sentyabr |
9,959,747.27 AZN (8802 nəfər) |
1,129,057.48 AZN (2119 nəfər) |
6341,30 AZN (3 nəfər) |
1250,00 AZN (5 nəfər) |
(11,096,396.04 AZN) (10929 nəfər) |
Qeyd olunmalıdır ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən sentyabr və oktyabr ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2021-ci il tarixli 369 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il yanvarın 1-dək uzadılıb.