“Hazırda Azərbaycanda COVİD-19-la bağlı vəziyyət qənaətbəxşdir. Sərt tədbirlərə ehtiyac yoxdur”.
Eləcə də bax: Azərbaycanda məhkəmə binasına maskasız giriş - QADAĞAN EDİLDİ
FED.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, səhiyyə qurumları tibbi maskalardan istifadə ilə bağlı müraciətlər edib:
“Bunlara əməl etmək tövsiyə edilir. Yenidən sərt karantin qaydalarına gediləcək qədər ağır epidemioloji vəziyyətin olacağını düşünmürəm”. (Apa)