10 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 12 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub.
Bu il 154 çörək istehsalı müəssisəsində - YOXLAMA KEÇİRİLƏCƏK
FED.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 8, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 4 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
“Sünbül” market |
Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 136A |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
2 |
“Ucuz” market |
Abşeron rayonu, Saray ştq, V.Axundov küçəsi |
1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
3 |
“Bolmart” market |
Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
4 |
“Rahat” market |
Abşeron rayonu, Mehdiabad qəs., Əzizbəyov küç., ev 1C |
Azərbaycan dilində markalanması olmayan məhsulların satışı |
5 |
Əzizov Fuad Elşən oğluna məxsus mağaza |
Lənkəran rayonu, Koroğlu küçəsi |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
6 |
“Sərxan” market |
Şəmkir şəhəri, 20 Yanvar küçəsi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
7 |
“Səməd” market |
Xaçmaz rayonu, Qobuqıraq kəndi |
Azərbaycan dilində markalanması olmayan malların satışı |
8 |
“Goldmart” mağazası |
Zaqatala şəhəri, F.Əmirov küçəsi, 17A |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
İctimai iaşə müəssisələri |
|||
9 |
“Tovuz Manqal” kafesi |
Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 19B |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
10 |
“Çıraq Plaza” hotelində restoran |
Yasamal rayonu, Tbilisi prospekti, ev 49C |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
11 |
“Xəngəlove” kafesi |
Nərimanov rayonu, Ak.H.Əliyev küç., ev 90D |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
12 |
“Balkonda” kafesi |
Nərimanov rayonu, Ak.H.Əliyev küç., ev 135A |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
13 |
“Qızılgül” kafesi |
Nərimanov rayonu, Ak.H.Əliyev küç., ev 98 |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
14 |
“Kəhriz” kafesi |
Goranboy rayonu, Səfikürd kəndi |
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
15 |
“Taksim Corner” restoranı |
Lənkəran şəhəri, H.Aslanov küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |