Rəsmi açıqlamalara görə bu günə qədər 5 mindən çox insana yoluxan Koronavirus epidemiyası 200-dən çox ölümə səbəb olub. Dünyaya yayılmaqda olan virus, həmçinin ABŞ, Almaniya və Fransa da daxil olmaqla bir çox ölkədə aşkar edilib. Xəstəliyin hansı yollarla yoluxduğuna dair elmi araşdırmalar hələ də davam edir.
Eləcə də bax: Çindən gətirilən əşyalarda virus ola bilərmi? - RƏYLƏR FƏRQLİDİR
Ölkəmiz kimi Çinə uzaq yerləşən bölgələrdə ən çox maraq doğuran məqam bu virusun elektron ticarət yolu ilə idxal olunan məhsullar vasitəsilə yoluxma təhlükəsinin olub-olmamasıdır. Elə isə Aliexpress kimi saytlar vasitəsi ilə Çindən sifariş edilən məhsullarla koronavirus yoluxa bilərmi?
FED.az TED.az-a istinadən məsələ ilə bağlı araşdırmanı təqdim edir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Bir halda ki, sözügedən xəstəliyin etiologiyası, klinikası və müalicəsi müəyyən deyil. Buna görə də bu barədə konkret fikir yürütmək düzgün deyil”, – deyə bildirdi.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən isə bu yolla virusun yoluxma təhlükəsinin olmadığı deyildi. Komitədən bu fikir Respublikanın baş infeksionisti Cəlal İsayevin və Gigiyena və Epidemiologiya Mərkəzinin açıqlaması ilə əsaslandırıldı. “Virus otaq temperaturunda 3-4 dəqiqə ərzində məhv olur. Çindən gələn məhsullardan keçmə ehtimalı çox deyil”, – deyə açıqlamada bildirilir.