Çində koronavirusa yoluxanların sayı 77658 nəfərə çatıb, 27 mindən çox insan sağalıb və xəstəxanalardan evə buraxılıb, 2663 nəfər dünyasını dəyişib.
FED.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Son sutka ərzində bütün ölkə üzrə 508 yeni yoluxma faktı qeydə alınıb, 2589 nəfər xəstəxanalardan evə buraxılıb, 71 nəfər dünyasını dəyişib (onlardan 68-i Hubey əyalətinin payına düşür).
Çindən kənarda koronavirusa yoluxanların sayı isə 2069 nəfərə çatıb. Ölümcül virus Çindən başqa 29 ölkədə aşkarlanıb.
Qafqazinfo