Sağlamlıq

Çində koronavirusdan ölənlərin sayı - 3,1 MİN NƏFƏRİ ÖTDÜ

Çində koronavirusdan ölənlərin sayı - 3,1 MİN NƏFƏRİ ÖTDÜ | FED.az
08:54 10 Mart 2020

Çində koronavirusa yoluxanların sayı 80 754 nəfərə çatıb.

FED.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Qeyd edilir ki, virusa yoluxanların 3 136 nəfəri vəfat edib. Koronavirus xəstələrinin demək olar ki, 60 min nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.

Komitə bildirib ki, hazırda xəstələrdən 4 794 nəfərinin vəziyyəti ağırdır. “Xəstəxanalardan 59 897 nəfər evə buraxılıb. Virusa yoluxmuş 3 136 nəfər vəfat edib”, - komitənin xəbərində qeyd edilir. 

Son sutka ərzində ölkədə koronavirusa 19 yeni yoluxma qeydə alınıb, xəstəxanalardan 1 297 nəfər buraxılıb. Ölkədə koronavirusa yoluxma şübhəsi ilə 36 hal aşkarlanıb.  

Qeyd edək ki, Çində koronavirus ilk dəfə ötən ilin sonunda aşkarlanıb.

Report

Digər xəbərlər