Sağlamlıq

Çində koronavirusa yoluxanların - 94%-İ SAĞALDI

Çində koronavirusa yoluxanların - 94%-İ SAĞALDI | FED.az
09:18 4 Aprel 2020

Çində koronavirusa yoluxanların 94%-i tamamilə sağalıb.

FED.az bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Eləcə də bax: Dünya Bankı Çinin ÜDM-un artım proqnozunu - KƏSKİN ENDİRDİ

Hazırda ölkədə 1562 koronaviruslu xəstə var ki, bu da indiyədək qeydə alınan yoluxma hallarının cəmi 2%-ni təşkil edir, üstəlik, onların sayı günbəgün aşağı enir.

Ən son hesablamalara görə, Çində koronavirusa yoluxanların ümumi sayı 81 639 nəfər təşkil edib, onlardan 76 751-i sağalıb və xəstəxanalardan evə buraxılıb. Pandemiya 3326 vətəndaşın həyatına son qoyub, son sutka ərzində 4 nəfər dünyasını dəyişib.

Çində koronavirusdan ölüm səviyyəsi 4,73%-ə yüksəlib. Lakin COVID-19-un baş qaldırdığı Hubey əyalətinin Uhan şəhərində bu göstərici 5,13% təşkil edib. Ölkənin digər regionlarında o, 0,86% olub.

Qafqazinfo

Digər xəbərlər