Çində bu günədək 9 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib.
Eləcə də bax: Türkiyənin Çindən aldığı vaksin - Sınaqdan Keçirilir
FED.az xəbər verir ki, bunu ölkənin Səhiyyə və Gigiyena Məsələləri üzrə Dövlət komitəsinin sədri Tszen İsin deyib.
Qeyd olunub ki, ölkədə peyvəndləmə prosesi ötən il dekabrın 15-də başlayıb. Çin hökuməti vaksinasiya üçün "Sinopharm" və "Sinovac" şirkətlərinin peyvəndlərini təsdiq edib.
Fevralın ortalarınadək 50 milyon nəfərin peyvəndlənməsi planlaşdırılır. (Trend)