Mən hesab edirəm ki, ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusla mübarizədə qalib gəlmək olar. Bunun üçün sadəcə olaraq, insanlar sadə gigiyena qaydalarına riayət etməli, sosial məsafə gözlənilməli, asqırarkən və öskürərkən respirator gigiyena qaydalarına əməl etməlidirlər.
Azərbaycanda koronavirusa yoluxanlarin sayi 580-ni keçdi - 5 NƏFƏR VƏFAT ETDİ
Bunu tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Ümumdünya Səhiyyə Təşkilatının virusdan qorunmaqla bağlı tövsiyə və təlimatlarının dəyişməz olduğunu xatırladan Y.Abdiyeva kər kəsin bu təlimatlara əməl etməsi nəticəsində virusa qalib gəlməyin mümkün olduğunu söyləyib.
Hazırda koronavirusla bağlı vəziyyətin nəzarət altında olduğunu vurğulayan mütəxəssis son günlər ərzində Azərbaycanda koronavirusa yoluxanların sayında artımın müşahidə edilməsinə təəssüfləndiyini söyləyib.
Onun sözlərinə görə, yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişib, sanitar-epidemoloji durum pisləşir. Koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb, sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib. Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insnaları narahat etmir. Digər tərəfdən, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlikə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib:
"Bu gün biz müəyyən dövlət qurumlarının keçirdiyi monitorinqlər zamanı ictimai iaşə müəssisələrində koronavirusla bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi təlimatlara əməl edilməməsinin şahidi oluruq. Təəssüf ki, insanlarla yanaşı, bir çox hallarda iaşə müəssisələrinin rəhbərliyi də həmin təlimatlara əməl edilmə ilə bağlı vəziyyətə nəzarət etmirlər. Bu isə sonda yoluxma hallarının artmasına səbəb olur. Biz bu gün unutmamalıyıq ki, biz bu gün təkcə özümüzü deyil, səngərdə döyüşən əsgərləmizin də sağlamlığını düşünməliyik və ona görə də tələb edilən hər bir yerdə virusa yoluxmanın azaldılması üçün əlimizindən gələni etməliyik” (Trend).