"Cərrahi maskaların hər hansı qoruyuculuğu yoxdur".
FED.az xəbər verir ki, bunu TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı keçirilən brifinqində deyib.
"Sadəcə N1 dediyimiz maskalar var ki, onları da həmin şübhəli şəxslərlə təmasda olan zaman tibbi personal istifadə edir. Apteklərdə satılan sadə maskaları sadəcə xəstəliyi olan şəxslərin taxması məqsədəuyğundur. Koronavirusdan qorunmaq üçün həmin maskalar bir vasitə deyil", - deyə o, qeyd edib.