Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin tanınmış klinikalarından olan “Caspian İnternational Hospital” MMC haqqında araşdırmaya başlayıb.
FED.az xəbər verir ki, araşdırma Dövlət Xidmətinin öz təşəbbüsü ilə başlayıb.
«Caspian İnternational Hospital» MMC tərəfindən istehlakçıların çaşdırıldığı güman edilir.
Belə ki, araşdırma «Haqsız rəqabət haqqında»” Qanunun 9-cu maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətləri ilə qaldırılıb.
Həmin bənddə pozuntu kimi «əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması» qeyd edilib.
Dövlət Xidməti məlumat yayıb ki, reklam sahəsinə dövlət nəzarəti məqsədilə aparılmış monitorinqlər nəticəsində pozuntu əlamətləri aşkar edilib və bu məsələ araşdırılır.