“Camal LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, müxtəlif növ qida məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
FED.az bu barədə AQTA-ya istinadən xəbər verir.
AQTA-nın məlumatına əsasən, məhv edilmiş qida məhsullarının ümumi çəkisi 860 kq təşkil edib. Həmin məhsullar istehlaka yararsız və istifadə müddəti bitmiş olub.