Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 31-də ölkə üzrə 451 ictimai iaşə obyektində 742 monitorinq keçirilib.
FED.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski pr., ev 830-835, Gənclik Mall TM-də yerləşən, hüquqi şəxs “Siti Keyterinq” QSC-yə məxsus “Cafe City” restoranı;
2. Bakı şəhəri, Nərimanov rayonu, Metropark TM-də yerləşən, fiziki şəxs Cəfərova Günel Ramiz qızına məxsus restoran;
3. Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehdiyev küç., ev 23F ünvanında yerləşən, fiziki şəxs Rzayev Elvin Fəxrəddin oğluna məxsus “Bordo” dönərxanası;
4. Şamaxı şəhəri, Bakı-Qazax yolunda yerləşən, fiziki şəxs Etibarov Rasim Eldar oğluna məxsus “Sevinc” restoranı;
5. Tovuz rayonu, Aşağı-Quşçu kəndində yerləşən, fiziki şəxs Əliyev Elşad Elşən oğluna məxsus kafe;
6. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Hüseynov Əmir Yunis oğluna məxsus “Prestij” restoranı.