Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.
Eləcə də bax: Brifinq başladı - Canlı Yayım
FED.az brifinqdə verilən məlumatlardan ən mühümlərini təqdim edir.
- Son günlərdə Azərbaycanda da yoluxma sayında kəskin artım müşahidə olunur. Yoluxma əmsalı 23 %-ə çatıb (test verənlərin 23%-də koronavirus aşkarlanır). Avqustun 1-də isə bu rəqəm 7 % idi. 20 gün ərzində çox ciddi artım müşahidə edilib.
-Azərbaycanda COVID-ə yoluxanların 94%-də "Delta" ştammı aşkarlanıb.
- Azərbaycanda indiyədək əhalinin 24 faizi vaksin olunub (hər iki dozanı qəbul etmiş).
- Peyvəndləməni 60%-ə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək.
- Bu gün 6 milyon dozaya qədər vaksin vurulub və hər hansı əks təsir müşahidə edilməyib.
- Azərbaycanda vaksin olunanlar arasında 0,6 % yoluxma halı müşahidə olunub.
- Koronavirusdan vəfat edənlərin 99%-i vaksin olunmayanlardır.
- Mart ayından bu günə qədər COVID-19-a yoluxub reanimasiyaya düşənlərin 96%-i peyvənd olunmayanlardır.
- Vəziyyəti ağırlaşıb süni tənəffüs aparatına qoşulan xəstələrin 97%-i vaksin olunmayanlardır.
- Yaşlı insanlar, immun problemi olanlar, tibb işçiləri 6 ay sonra əlavə 1 doza da vaksin vurdursalar, effektiv olar.
- Bu gün xüsusi karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur.
- Sentyabrın 1-dən iri ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq.
- Sentyabrın 15-də məktəblərdə ənənəvi qaydada dərslərə başlanması nəzərdə tutulur.
- Uşağı məktəbə gedən valideynlərdən COVİD pasportu tələb olunmayacaq. Amma təhsil işçiləri ilə bağlı belə bir tələb var.
- Hazırda kinoteatrların açılması müzakirə olunmur. (Marja)