"103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və ambulator yardım xidməti müvəqqəti olaraq, Səhiyyə Nazirliyinin tabelyində olacaq.
Eləcə də bax: Böyük xəstəxana koronavirus xəstələrinə ayrıldı - XƏSTƏLƏRİ KÖÇÜRÜLÜR
FED.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.
O qeyd edib ki, bu, yalnız pandemiya dövrünə aiddir.
R.Əliyeva TƏBİB-in strukturunda bir dəyişikliyin olmadığını da söyləyib. Qeyd edək ki, "103" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti və poliklinikalar bu ilin əvvəlindən TƏBİB-in tabeliyindədir.