TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir.
İki özəl klinika jurnalistlərə güzəştli xidmətlər göstərəcək - MEDİA İLƏ ANLAŞMA
Bu barədə FED.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-iyun aylarında vətəndaşlara 142 166 göndəriş verilib. Bu ilin yanvar-may ayları üzrə göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 55 393 tibbi xidmətdən yararlanıb. Ən çox icra olunan əməliyyat və prosedurlar aşağıdakılardır:
• 18 251-ni oftalmoloji;
• 16 342-ni ürək-damar;
• 12 547-ni invaziv radiologiya xidmətləri;
• 2589-nu uroloji;
• 1727-ni neyrocərrahiyyə üzrə xidmətlər.