Gündəlik olaraq nitratlarla zəngin tərəvəzlərin istifadəsi görmə qabiliyyətinin itirilməsi riskini azaldır.
Bu qənaətə "Uestmid" Tibbi Araşdırmalar İnstitutunun bir qrup alımi gəlib.
ELƏCƏ DƏ BAX: “Şiş əleyhinə dərman istehsal edəcəyik”
15 il davam edən araşdırmalarda Avstraliyanın yaşı 49-u keçmiş iki mindən çox sakini iştirak edib. Məlum olub ki, hər gün nitratlarla zəngin olan çuğundur, ispanaq kimi tərəvəzlər, həmçinin yaşıl salat yeyənlərə (100-142 mq) 35 faiz daha az makulodistrofiya diaqnozu qoyulub.
Qeyd edək ki, makulodistrofiya gözün selikli qişasını zədələyir və yaşlı adamlar arasında görmə qabiliyyətinin itirilməsinin əsas səbəblərindən biridir.
Bundan əvvəl alimlər müəyyənləşdiriblər ki, həftədə ən azı bir dəfə sitrus məhsullarının qəbulu gözün tor qişasını degenerasiyadan qoruyur.
Bu tərəvəzlər gözlərə - ŞƏFA VERİR
21:31
20 Noy 2018