"Artıq elektron resept hazırdır, pilot şəklində bir neçə xəstəxanada və ambulator tipli məntəqələrdə tədbiqinə başlanılıb".
“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilib - FƏRMAN
FED.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, gələn ilin yanvar ayının 1-dən elektron resept bütün ölkə ərazisində tədbiq olunacaq:
"Bununla bağlı bu ilin dekabr ayında geniş tədbir keçiriləcək. Orada istər tibb işçiləri, istər vətəndaş, istərsə də əczaçılar üçün faydası izah olunacaq". (Report)