“Azərbaycanda səhiyyə işçilərinin 90 faizə qədəri vaksinasiya olunub”.
Eləcə də bax: Brifinq başladı - CANLI YAYIM
FED.az xəbər verir ki, bunu brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.
O bildirib ki, təhsil sektorunda çalışanlar da bu rəqəmə çatırlar: “Çarpayı rejimində yatan COVID-19 virusuna yoluxanların sayı azalır.
Bugünkü brifinqdə vaksin strategiyasının növbəti mərhələsini elan edəcəyəm. Vaksinin mövsümi xarakter daşıdığı da deyilir, ola bilsin ki, növbəti fəsillərdə yenidən vaksinləməyə ehtiyac duyulsun. Ölkəmiz vaksin istehsalçıları ilə daimi əlaqədədir və vaksinlər alınaraq Azərbaycana gətiriləcək.
Mayın 10-dan etibarən 18 yaşına çatmış Azərbaycan vətəndaşları vaksin oluna bilər”.