“Ölkə üzrə yoluxmanın 52,9 faizi Bakıda qeydə alınır”.
Eləcə də bax: Operativ Qərargahın brifinqi başladı - Canlı Yayım
FED.az xəbər verir ki, bunu brifinqdə TƏBİB-in department müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, Xətai, Yasamal və Binəqədi rayonlarında yoluxma sayı yüksək olaraq qalır: “Qadınlar arasında yoluxmalar da daha çoxdur. Bütün viruslar mutasiya edir və dəyişir. Dünyada hər il qrip virusuna qarşı yeni peyvəndlər hazırlanır və istifadə olunur.
Britaniya ştammı da COVİD-19 virusunun mutasiya etmiş halıdır. Bu ştamm daha sürətlə yayılır, bəzi ölkələr də qabaqlayıcı tədbir olaraq qapanmalara gedirlər. Virusun mutasiyaya uğraması təbii prosesdir.
Ümumdünya Səhiyyə Təşkilatı Britaniya ştammı ilə bağlı sadəcə və sadəcə profilaktik tədbirləri gücləndirməyi tövsiyə edir”.