Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
FED.az xəbər verir ki, qərara əsasən plastmasdan insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan şprislər idxal gömrük rüsumundan azad edilib.
Həcmi 2 millilitr və ya daha az olan plastmasdan şprislərə 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan plastmasdan şprislərə 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan plastmasdan şprislərə 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan plastmasdan şprislərə 0,04 ABŞ dolları, digər plastmasdan şprislərə 0,04 ABŞ dolları idxal gömrük rüsumu müəyyən edilib.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2022-ci il dekabrın 31-dək qüvvədədir.