“Sun Food” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında istehlaka yararsız, istifadə müddəti bitmiş müxtəlif növ şirniyyat məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
FED.az AQTA-ya istinadən xəbər verir ki, məhv edilmiş şirniyyat məhsullarının ümumi çəkisi 2994.8 kq olub.
Qeyd edək ki, “Sun Food” MMC "Azərsun Holdinq"ə daxildir.
Qeyd edək ki, “Sun Food” MMC-nin öz müraciətilə məhsullarının məhv edilməsi bu şirkətin istifadə müddətinə həssas yanaşması ilə əlaqədardır. Şirkət istifadə müddəti bitən məhsulları satış şəbəkəsindən geri yığaraq təzə məhsullar ilə əvəz edir.