Martin 29-da Çin koronavirusun ölkəsində yayılmasının qarşısın aldığını elan edən ilk ölkə oldu.
Eləcə də bax: Çində ilk dəfə koronavirusdan - ÖLÜM QEYDƏ ALINMAYIB
FED.az xəbər verir ki, aprelin 8-də virusun ilk yayılma ocağı olan Uxan şəhərindən sakinlərin çıxışına icazə verilib. Həmin gün 65 min sakin şəhəri tərk edib. Karantin ləğv olunsa da, şəhər sakinlərinin maskada gəzməsi mütləqdir və mərkəzi küçələrdə onların temperaturu tez-tez ölçülür. Ümumilikdə, Çinin əksər müəssisələri və insanlar normal həyata geri dönüblər.
Bu fonda pandemiyanın mərkəzinə çevrilən ABŞ və Avropa da yaxın həftələrdə tətbiq etdikləri sərt karantin rejimini yumşaltmağı planlaşdırır. Belə ki, Fransa, İspaniya, Belçika, Finlandiya və s. ölkələrdə karantin məhdudiyyətlərinin azaldılması üçün ekspert şuraları yaradılıb. Digər tərəfdən, virusun pik həddə nə zaman çatacağı və onun ikinci dalğasının başlanmasından qorxu da hiss olunur.
İspaniya baş naziri Pedro Sançes karantinin aprelin 26-na qədər uzadılacağını elan etsə də, Paxsa bayramından sonra tikinti və bəzi istehsal sahələrinə qoyulan qadağaların aradan götürüləcəyini söyləyib.
“Ölkəmiz yoluxmanın pik həddinə çatıb və aprelin 26-dan sonra karantin rejimi sadələşdiriləcək”.
Danimarka baş naziri Mette Fridreksen də Pasxa bayramından sonra əgər yoluxma halları stabil qalarsa, karantinin yumşaldılacağını elan edib. O, aprelin 15-dən bağça və ibtidai məktəblərin, mayın 10-dan isə məktəb və universitetlərin fəaliyyətə başlayacağını əlavə edib.
“Amma bar, gecə klubları, ticarət mərkəzləri və massaj salonları qapalı qalacaq. Məhdudiyyətli rejimdə bir neçə ay işləməli olmağa öyrənməliyik”.
İtaliya baş naziri Cüzeppe Konte isə bu tədbirlərə başlamaq üçün aprelin sonlarını gözlədiyin əlavə edib.
“Bizə işini bərpa etməsi tələb olunan sektorlar lazımdır. Həmin sektorları aprelin sonuna qədər yenidən işə başlaya bilər”.
O, yoluxma və ölüm hallarının azaldığını və məhdudiyyətlərin tədricən aradan qaldırılmalı olduğunu söyləyib.
Almaniya hökuməti isə aprelin 6-dan Şengen zonası çərçivəsində sərhədlərin açılmasını Avropa Birliyinin digər üzvləri ilə müzakirəyə çıxarıb. Amma kanslerin ofis rəhbəri Helge Braun ölkədə virusun pik səviyyəyə hələ çatmadığını xatırladıb. Kansler Angela Merkel isə karantin rejiminin aprelin 19-dan yumşalacağını elan edib.
“Hökumət karantin tədbirlərinin hansı metodlarla yumşalacağını müzakirə edir. Yoluxma hallarını maksimum azaltmalıyıq ki, səhiyyə sisteminə yük düşməsin. Amma normal həyata dönmək dərhal olmayacaq”.
Avstriya kansleri Sebastian Kurts isə aprelin 14-dən başlayaraq karantin tədbirlərinin yumşalacağını eılan edib.
“Virusun yayılmasının qarşısını almaq üçün sahəsi 400 kvadrat metrə qədər olan obyektlərin işləməsinə icazə veriləcək. Həmçinin, ixtisaslaşmış tikinti və ev əşyaları satan ticarət müəssisələrinə də icazə veriləcək”.
Situasiyadan asılı olaraq bütün mağaza, ticarət mərkəzləri və bərbərxanalar mayın 1-dən açılacaq. Buna baxmayaraq, məktəblər mayın ortaları, kütləvi tədbirlər isə iyunun sonlarına qədər qadağa altında olacaq.
Çexiya isə aprelin 9-dan məhdudiyyətləri aradan qaldıracaq. Təmas tələb etməyə qolf və tennis kimi idman növləri ilə məşğul olmaq üçün icazə veriləcək. Paralel olaraq, bir sıra dükanların da fəaliyyətinə icazə veriləcək.
Norveçdə isə aprelin 20-dən uşaq bağçalarının, aprelin 27-dən isə məktəblərin açılması gözlənilir. Biznes şirkətləri, massaj və gözəllik saloonları, universitetlər də aprelin 27-dən qapılarını aça bilər. Ylaınz kütləvi rədbirlər, festivallar və konsertlər iyunun 15-nə qədər qadağa altında qalacaq.
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Krtistian Lidmayer isə karantin tədbirlərinin vaxtından tez yumşaıldılmasını səhv hesab edir.
“Bu xəsət adamın yataqdan tez qalxmasına oxşayır. Tam sağalmadan işə başlasansız, daha ağır simptomlarla yenidən yatağa düşəcəksiniz”.
Təşkilatın Avropa üzrə nümayəndəsi Hans Kluge isə “qoca qitə”nin karantini yaxın günlərdə yumşaltmaq niyyətini tənqid edib. O, əksinə karantini daha da sərtləşdirməyi məntiqli sayır.
Modern