Küveytdə pullar azı dörd həftə karantində saxlanılacaq.
FED.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.
Eləcə də bax: Koronavirus pulla keçirmi? - BAŞ İNFEKSİONİSTDƏN AÇIQLAMA
Bu, onların vasitəsi ilə koronavirusun ötürülməsinin qarşısını almaq məqsədi ilə icra olunacaq.
Bundan əlavə, qeyd olunur ki, Küveytin Mərkəzi Bankı həm bank əməkdaşlarının, həm də əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə əskinasların saxlanılma yerini, hesablama, çeşidləmə və qəbul qurğularını daim sterilizə edir.
Qafqazinfo