“Aprelin əvvəlindən başlayaraq yoluxma sürəti azalıb”.
FED.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, may ayında təkrar sürətli artım olub: “Bu da məhdudiyyətlərin götürülməsi nəticəsindədir. Xəstələrin 76 faizində simptomlar yüngül, 4-5 faizində ağır olub. Koronavirusa yoluxanların 57 faizi qadınla, 43 faizi kişilərdir.
Ən böyük təhlükə yerləri biznes mərkəzləridir. Burada liftlərin sayı minimuma endirilməli, insanlar daha çox pilləkənlərdən istifadə etməlidirlər. Lokal müəssisələrinin rəhbərləri və əməkdaşları bütün çağırışlara əməl etməyiblər.
Bakı Tikiş Evində 64 nəfər, “Baku Steel Company”də 48 nəfər koronavirusa yoluxub".
Qafqazinfo