Səhiyyə nazirinin müavini Teymur Musayev saxta COVID sertifikatı alan və onu verən tibb işçilərindən danışıb.
Eləcə də bax: Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər - İfşa Olunub
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “REAL TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişində qonaq olan nazir müavini həmin şəxslərin cinayət işlətdiyini deyib:
“Saxta sertifikat alan və onu verən tibb işçisi cinayət işlədir. Bu işlə məşğul olanlar ölüm lotereyası oynayırlar. Onlar insanların həyatını təhlükə altına alırlar”.