2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən 17,348 mln. ABŞ dolları (29,492 mln. manat) dəyərində 11,46 ton insanlar üçün müxtəlif növ vaksinlər idxal edib.
Eləcə də bax: 7 ayda xaricdən 300 milyon dollarlıq - Dərmanlar Alınıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparəlan hesablamalara görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 2 dəfə, dəyər ifadəsində isə 8,1 dəfə çoxdur.
Qeyd edək ki, dəyər ifadəsində vaksinlərin 81,2%-i (14,089 mln. dollarlıq (23,951 mln.manat), 1,25 ton) Çindən gətirilib. Həcm ifadəsində isə vaksinlərin çoxu (56,4%-i) Hindistandan gəlib. Hesabat dövründə sözügedən ölkə Azərbaycana 1,227 mln. dollar (2,086 mln. manat) dəyərində 6,46 ton insan vaksinləri tədarük edib. (Apa)