“2022-ci ildə reseptlə yazılan dərmanların icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulmayıb”.
Eləcə də bax: İcbari tibbi sığorta ilə işləyən - Klinikaların Sayı Artırıldı - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "Özəl tibb müəssisələrinə göndərişlərin verilməsi qaydaları" mövzusunda çıxışında deyib. O bildirib ki, təcili və təxirəsalınmaz yardım zamanı bütün dərman preparatları sığorta hesabına qarşılanır: “Stasionar yatışda da bütün dərmanlar icbari tibbi sığorta çərçivəsində qarşılanmır. Ambulator şəraitdə kiçik müdaxilələr olarsa, bu zaman da tibbi sərflər sığorta tərəfindən qarşılanır”.