Azərbaycanda bu gün koronavirus infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
İndiyədək ölkədə ümumilikdə 792 min 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 646 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib. Aktiv xəstə sayı 143 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2820, bu günə qədər isə ümumilikdə 6 milyon 794 min 952 test icra olunub.
Son sutkada COVID-19-dan dünyasını dəyişən olmayıb.