İşə qəbul olunanlar və ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayış, sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayış elektron şəkildə təqdim olunacaq.
Elektron tibbi arayışı almaq üçün bu proseslərdən keçilməlidir
TƏBİB-dən FED.az-a verilən xəbərə görə, vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses bunlardır:
• Tibb müəssisəsinə ilkin müraciət
• Laborator analizlərin verilməsi
• Həkim qəbullarından keçmək
• Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi
• Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi
Daha sonra istifadəçilər “E-TABİB” mobil tətbiqi və http://kabinet.its.gov.az/ veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
“Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər.
Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.
Daha ətraflı məlumatı bu linkdən əldə etmək mümkündür.