“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindəki muzeylərin fəaliyyəyi dayandırılır.
FED.az xəbər verir ki, bu barədə İdarənin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, COVİD-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 13 mart tarixli bəzi izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən İdarənin strukturuna daxil olan bütün muzeylərin fəaliyyəti 14 mart tarixindən müvəqqəti olaraq dayandırılır.