“Alkoqol istehsal edən bütün müəssisələr yoxlanılacaq”.
AQTA Rusiya araqları ilə bağlı əhaliyə müraciət edib - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli yeni qanun layihəsinin icrası ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, müvafiq tələblərə cavab verən müəssisələr təsdiq olunacaq, cavab verməyənlər isə istehsaldan kənarlaşdırılacaq: “Təəssüf ki, bu sahədə ciddi pozuntular var. Saxta içkilər tez-tez aşkarlanır. Yaxın günlərdə bir sıra şadlıq saraylarında və iri ticarət şəbəkələrimizdə belə hallar aşkarlanmışdı və saxta məhsullar dövriyyədən çıxarılmışdı”.
Q.Təhməzli alkoqollu içkilər istehsal edən sahibkarlara səslənib: “Həmin məhsulların göstəriciləri standarta uyğun olmasa, faciəyə gətirib çıxara bilər. Onlar buna görə məsuliyyət daşıyırlar. Onlara müraciət edirəm ki, yalnız qeydiyyatdan keçmiş müəssisələrdə isehsal olunan alkoqollu içkilərin istehlakına şərait yaratsınlar”.