Artıq bu yaydan etibarən Britaniyada vaksin seitifikatı olmayanların, yəni vaksin vurdurmayanların mağazalara daxi olmasına qadağa qoyula bilər.
FED.az xəbər verir ki, bu barədə The Times məlumat yayıb. «Dauninq-strit (baş nazirin ofisi – FED.az) işarə edib ki, bu yay Britaniyada mağazalara daxil olmaq üçün kovid sertifikatları tələb olunacaq»-deyə nəşr bildirib.
Həftənin əvvəlində keçirilən mətbuat konfransında baş nazir Boris Conson elan edib ki, ölkədə daxli kovid sertifikatları sistemi qurulacaq.Doğrudur, ilkintələbat malları satılan mağazalarda hələlik bu qayda tətbiq edilməyəcək, amma geyim mağazaları üçün təklifə baxılır.
Sertifikatda vaksinin dozasının xatırlanması və mənfi kovid testinin cavabının olması, eləcə də xəstələndikdən sonra anticisimlərin olması arədə analizin nəticələri mağazaya daxil olmaq üçün kifayət edəcək – deyə qəzet bildirir.
Hökumətdən bildirirlər ki, bu sistmi mobil tətbiq vasitəsilə də reallaşdımaq olar. Hərçənd bəzi siyasətçilər və parlament üzvlərinin bir hissəsi bunun əleyhinədir.