Böyük Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub.
FED.az xəbər verir ki, bu barədə Bukingem sarayı məlumat yayıb.
Böyük Britaniyanın 75 yaşlı kralı III Çarlz prostat vəzinin böyüməsi ilə bağlı xəstəxanaya yerləşdirilərkən xərçəng diaqnozu qoyuldu. Bu barədə Bukingem sarayının mətbuat xidməti məlumat yayıb.
Sky News xəbər verir ki, kral buna qədər prostat vəzinin böyüməsi ilə əlaqədar həkimə müraciət edib və xoşxassəli şişdən əməliyyat keçirib. Amma budəfəki xəstəliyin növü göstərilmir.
əməliyyat olunduğu Bukingem Sarayı bildirib ki, kral öz səhhəti ilə bağlı xəbərləri paylaşmağa qərar verib ki, bu barədə spekulyasiya olmasın.
Məlumatda deyilir ki, Kral gündəlik işlərini bundan sonra da, müalicə dövründə də davam etdirəcək, amma müalicə qurtarana qədər adam içərisinə çıxmayacaq.