Banner

Sağlamlıq

Bir şəhər və 2 rayonda pilot layihənin müddəti artırıldı  – FƏRMAN

Bir şəhər və 2 rayonda pilot layihənin müddəti artırıldı  – FƏRMAN | FED.az
19:55 28 Yan 2019

Prezident İlham Əliyev “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
 
ELƏCƏ DƏ BAX: Özəl klinikada çalışan həkimlərin – CİDDİ PROBLEMİ YARANIB
 
FED.az-ın məlumatına görə, dəyişikliyə əsasən Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə müddəti 2020-ci il yanvarın 1-nə qədər uzadılıb.
 
Qeyd edək ki, pilot layihə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərinə münasibətdə 2017-ci il yanvarın 1-də, Ağdaş rayonunun inzibati ərazisinə münasibətdə isə 2018-ci il fevralın 17-də başlayıb və 2019-cu il fevralın 1-də başa çatmalı idi.
 
 

Digər xəbərlər

Banner