Azərbaycanda maska satışı artıb.
FED.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Eləcə də bax: Maskaların qiyməti ilə bağlı - AÇIQLAMA
Onun sözlərinə görə, iyunun 4-də ölkədə 424 min maska satılıb: "İyunun 5-də isə 810 min maska satılıb. Hazırda 11,6 milyondan artıq ehtiyat maska var. Ölkədə sutkada 200 min maska istehsal edilir, maska qıtlığı yoxdur". (Trend)