“Avqust ayından etibarən ictimai iaşə müəssisələrinin ilkin olaraq açıq məkanlarda, sentyabr 8-dən etibarən isə qapalı məkanlarda fəaliyyətinə icazə verilib".
Eləcə də bax: 57 restoranda qaydalara əməl olunmadığı aşkarlanıb
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı regional bölməsinin rəisi Zaur Kərimov bildirib. Onun sözlərinə görə, günün müxtəlif saatlarında Agentlik əməkdaşları tərəfindən ictimai iaşə xidməti müəssisələrinə baxış keçirilir: “Əksər qayda pozuntuları maskadan düzgün istifadə edilməməsi ilə bağlıdır. İkinci məsələ budur ki, sıxlıq normaları müəyyənləşdirilib, bildiyiniz kimi infeksiyanın yayılması da əsasən yaxın təmas vasitəsilə yayılır. İctimai iaşə müəssisələrində masalar arasında məsafənin 2 metr olması müəyyənləşib, amma bir çox məqamlarda buna əməl edilməməsi də müşahidə olunur. Bəzən də müştərilər bir masa arxasında məsafəyə riayət etmədən əyləşirlər. Aparılan monitorinq zamanı bu müəssisələrin rəhbərləri bəzən müxtəlif bəhanələr gətirirlər. Amma düşünməlidirlər ki, bu nəzarətlərə əməl etməmələri digər insanların yoluxmasına səbəb ola bilər. Eyni zamanda dezinfeksiya məhlullarından düzgün istifadə edilməməsi halları ilə qarşılaşırıq. Müxtəlif səthlərin dezinfeksiya olunması üçün müxtəlif dezinfektatlardan istifadə edilməlidir. Bəzən görürük ki, bir cür yuyucu dezinfeksiya məhlulu ilə həm daha çox çirklənən ərazi təmizlənir, həm inventarların dezinfeksiyası həyata keçirilir, həm işçilər əllərini bununla dezinfeksiya edir. Bu da düzgün deyil. Əslində hər bir səth üzrə müəyyən dezinfeksiya vasitələri var”. (Apa)