Bioloji aktiv qida məhsullarına dair yeni tələb müəyyənləşib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”ndə dəyişiklik edib.
Qərara əsasən, məhsulun qablaşdırılmasının üzərində və onların istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözləri yazılmalı, həmçinin “Uşaqların əli çatmayan yerdə saxlayın” məlumatı əks etdirilməli və onların bioloji aktiv qida məhsullarına aid olması göstərilməlidir.










