Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib.
Rusiyanın Azərbaycandakı dərman şirkəti bağlanır
FED.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə jurnalistlərə açıqlamasında deyib.
“Əczaçılıq məhsullarına gəlincə, biz hətta sabah belə, sizə lazım olan dərmanların tədarükünə başlamağa və Belarusda istehsal edə biləcəyimiz dərmanlar və baytarlıq preparatları üçün burada birgə istehsal yaratmağa hazırıq. Bu da çox böyük proqramdır. Bu, Azərbaycanda heç kimin işləməsinə mane olmayan proqramdır. Biz bu zaman burada heç kimlə rəqabət aparmırıq. Baxmayaraq ki, bu sahədə rəqabət olmalıdır”, - o bildirib. (Report)