“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında 66 adda müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Eləcə də bax: “Aznur” MMC-nin istehlaka yararsız qida məhsulları - MƏHV EDİLİB
FED.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Məlumata əsasən, məhv edilmiş məhsullar istehlaka yararsız olub və onların istifadə müddəti bitib. Onların ümumi çəkisi 9,509.80 kq olub.