Qarşıdakı 1 ay müddətində yoluxma sayındakı rəqəmlər və epidemioloji situasiya təhlil ediləcək, sonra buna müvafiq olaraq təhsil müəssisələrində tədrisin bərpası ilə bağlı qərar veriləcək.
Eləcə də bax: "Məktəblərin açılması real görünmür"
FED.az xəbər verir ki, bunu respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
C.İsayev qeyd edib ki, sanitar-epidemioloji vəziyyət imkan verərsə, orta və ali məktəblərin açılmasından söhbət gedə bilər:
“Amma indiki vəziyyətdə bu barədə danışmaq tezdir. Hazırda bütün diqqət yoluxma sayının azalmasına yönəlib. Sentyabrın 15-nə yaxın epidemioloji vəziyyət necə olacaqsa, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ona uyğun qərar veriləcək”.
Baş infeksionist bildirib ki, dərslər bərpa olunacağı halda, bununla bağlı da ayrıca metdoki göstərişlər hazılanacaq:
“Burada dərslərin necə keçirilməsi qaydaları müəyyən olunacaq. Orta və ali məktəblərin açılması epidemiolji cəhətdən situasiyanın gərginləşməsinə səbəb olan faktorlardan biridir. Ona görə də bu işdə çox ehtiyatlı olmağımız lazımdır”. (Modern)