“Baku Steel Company”də 86 nəfərdə, şirkətin Sumqayıt filialında isə 12 nəfərdə koronavirus aşkar olunub”.
FED.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı qeyd edib ki, şirkətdə epidemik vəziyyəti stabilləşdirmək mümkün olub.