"Dərya Balıq Evi" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat məbləğində könüllü ödəmə edib.
Eləcə də bax: Fonda ən çox pul keçirən şəxslər – ADLAR, MƏBLƏĞLƏR
FED.az məlumat verir ki, bu barədə şirkətdən bildirilib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Marja