Banner

Sağlamlıq

Bakıda sanatoriya tikilir - SƏRƏNCAM

Bakıda sanatoriya tikilir - SƏRƏNCAM | FED.az
10:41 1 Fev 2019
Prezident İlham Əliyev Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

FED.az xəbər verir ki, sərəncama əsasən Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 11 468 300 (on bir milyon dörd yüz altmış səkkiz min üç yüz) manatı Səhiyyə Nazirliyinə ayrılıb.

Digər xəbərlər

Banner